Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edildi

  • Space TV
  • 19 Fevral 2021 09:57

Qatı millətçi mövqeyilə tanınan “Rossiya 1” telekanalının aparıcısı Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edilib.

Bu barədə “RİA Novosti” Latviya XİN rəhbəri Edqar Rinkeviçin sosial şəbəkələrdəki bəyanatına əsasən məlumat verib.

Məlumata əsasən, jurnalist Latviya hökumətinin qərarından məhkəməyə şikayət etmək fikrindədir.

“İndi düşünmək lazımdır ki, kimi məhkəməyə verəsən, kiminlə çəkişəsən”, – deyə Solovyov bildirib. Jurnalist onun verilişinin Latviyada yayımlanmadığını da qeyd edib.

Paylaş

 Xəbəriniz olsun