Vladimir Putin Nikol Paşinyanın görüş təklifini rədd edib

  • SpaceTV
  • 19 Sentyabr 2019 14:10

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib.

“Space” yazır ki, bu barədə “168 jam” saytı yazıb.

Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Yerevana səfər edəcək. V.Putin Ermənistan paytaxtında bir-iki saat qalacaq, tədbirdə iştirak edib, ölkəsinə dönəcək. 

Məlumata görə, V.Putin hətta rəsmi şam yeməyinə belə qatılmayacaq: “Ermənistan tərəfi ikitərəfli görüş üçün xahiş etsə də, Rusiya tərəfi baş nazir Nikol Paşinyanla görüşdən hələ ki imtina edib”.

 

Paylaş

 Xəbəriniz olsun