Vladimir Jirinovski: “Rusiyadan yalnız Azərbaycan üz döndərməyəcək”

  • Space TV
  • 6 Fevral 2020 14:21

Postsovet məkanında olan bütün Avropa ölkələrindən yalnız Azərbaycan Rusiyadan Qərbə üz çevirməyəcək.

Vestikavkaza.ru-nn xəbərinə görə, bu barədə Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski jurnalistlərə açıqlama verib.

O, Belarus və ABŞ arasındakı cari danışıqları şərh edərkən postsovet ölkələrinin məkanlarının taleyi barədə danışıb:

“Gördüyünüz kimi, tədricən (Lukaşenko Qərbə doğru) yönələcək. Qoy bu Ukraynanın deyil, Baltikyanı ölkələrin üsulu olsun”.

Onun sözlərinə görə, bu hal Rusiyanın digər qərb qonşuları ilə də baş verəcək.

“Bütün qərb ərazisi – üç Baltikyanı dövlət, Ukrayna, Belorus, Moldova, Gürcüstan, Ermənistan tədricən Qərbə doğru yönələcək və antirus plasdarmına çevriləcəklər”, – deyə V.Jirinovski əminliklə bildirib.

İstisna hal yalnız rəhbərliyinə görə, Azərbaycanda olacaq.

“Azərbaycan qarşı çıxa bilər. Onun ölkə başçısı digər keçmiş sovet ölkələrinin başçılarından daha müdrikdir”, – deyə siyasətçi vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun