Aytəkin Alıyeva illərdir evlərində pişik saxlayır. Dediyinə görə bu pişiyi vaxtı-vaxtında baytar həkimə apararaq peyvənd etdirir həmçinin həkimin təyin etdiyi bütün gigyenik qaydalara riayət olunur .Ancaq bu gün ev heyvanı saxlayan Aytəkin kimi minlərlə insana maraqlıdır ki, pandemiyanın tuğyan etdiyi bir dönəmdə ev heyvanları bu virusa yoluxa bilərmi vəya əksinə virusa yoluxan heyvan bu infeksiyanı insana keçirə bilərmi?
Koronovirus xəstəliyinin ilk dəfə çinin vuhan şəhərində heyvandan insana keçməsi xəbəri yayılsada sonradan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilat heyvanların koronavirusu insanlara ötürə biləcəyinə dair heç bir sübut olmadığını açıqladı və bu virusun yayılmasının ən yüksək riski virusun insandan insana ötürülməsi olduğunu bildirdilər.
Kənd təsərrüfatı nazirliyinin baytarlıqElmi Tətqiqat İnsitutunun virusologiya laboratoriyasının müdiriŞəlalə Zeynalova deyir ki, COVİD-19-un törədicisi olan Sars -2 virusu, eyni qəbildən və cinsdən olan sars və mers virusunun yarasadan insana keçdiyi illərdir elmə məlumdur. Aparılan araşdırmalara əsasən ehtimal var ki, Sarcov-2 virusununda heyvandan insana keçməsi baş verə bilər.Ancaq hazırda bu virusun daşıyıcısının heyvanlarla əlaqəsinin olub-olmamağı barədə təsdiqlənmiş araşdırmalar yoxdur.
Labaratoriya müdiri deyir, nəinki, Covid-19 virusunun heyvandan insana keçməsi, hətta bir çox ölkələrdə ev heyvanlarının sahibləri tərəfindən yeni koronovirusa yoluxmaları haqqında məlumat var.
Virusioloqun sözlərinə görə koronavirusun yayılmasında heyvanların rolu ilə bağlı heç bir sübut olmadığı üçün hazırda heyvanların həyatını təhlükə altına ata biləcək tədbirlərin görülməsinədə ehtiyac yoxdur.Yetər ki, heyvanlarla təmasda olan insanlar gigiyenik qaydalara riayət etsinlər və ev heyvanlarının sağlamlığının qorunması üçün tibbi praflaktik tədbirləri vaxtında icra etsinlər.
RƏŞAD VKİLOĞLU SPACE TV