Virusa qalib gələnlər – VİDEO

  • SpaceTV
  • 13 İyul 2020 12:04

Koronaviruslu ağır xəstələr bu tibb müəssisəində  həyatla ölüm arasında savaşır. Bir udum nəfəs üçün mübarizə aparırlar. Lakin xəstəlikdən əziyyət çəkənləri deyil, şəfa tapanları, bu mübarizən qalib ayrılanları  təqdim edəcəyik. Çəkiliş qrupumuzla birgə  xüsusi geyim geyinərək xəstəxanaya daxil olduruq.

Xəstəxanada çəkiliş aparacağımızdan çox həyəcanlı idik. Amma koronavirusa qalib gəlib bu bəladan xilas olan insanları görəcəyimizin sevinci də  vardı üzərimizdə.     Onlar da sevincli idilər. Həm xəstəlikdən can qurtarmışdılar, həm də günlərdir görmədikləri yaxınlarını, doğmalarını görəcəkdilər. Rüfət Maçanov  özündə kəskin ürək döyüntüləri, yüksək hərarət,  halsızlıq simptomları hiss etdikdən sonra müayinə olunmaq üçün xəstəxanaya müraciət edib. Məlum olub ki, ağciyərində buzlu şüşə var.

Maçanov xəstəliyə  yoluxmadan öncə bütün qaydalara riayət etdiyini deyir.  Virusa harada və necə yoluxduğundan isə xəbərsizdir.

Digər müsahibimiz Mübariz Həmzəliyevin 74 yaşı var. O da ilk növbədə həkimlərin səyi, sonra isə özünün güclü iradəsi və inamı nəticəsində dəhşətli virusa qalib gəlməyi bacarıb. Deyir, qaydaları riayət etməyənləri ciddi şəkildə cəzalandırmaq lazımdır.

Qeyd edək ki, xəstəxanaya daxil olan xəstələrin əksəriyyəti 35-40 yaşdan yixarı olan xəstələrdir. Hər bir xəstədə simptomlar özünü fərqli şəkildə göstərir. Bunu da həkim-infeksionist Firdovsi Məmmədov qeyd etdi.

2 saata yaxın çəkiliş apardığımız müddətdə xüsusi geyimdə olduq. Bu geyimdə olmağın nə qədər çətin və dözülməz olduğunu bir daha anladıq. Koronaviruslu xəstələrin müalicəsində iştirak edən fədakar həkimlər 8 saatdan da artıq bir müddətdə bu geyimdə olub, xəstələrinə yeni nəfəs vermək üçün çalışırlar.

Nərgiz Ərəstunqızı space tv

Paylaş

 Xəbəriniz olsun