“Virus nəticəsində 50 nəfər ölüb, rəsmi açıqlamanı gecikdiriblər” – Deputatın açıqlaması ŞOK ETDİ

  • Space TV
  • 24 Fevral 2020 14:21

İran Parlamentinin Qum millət vəkili Əhməd Əmirabadi şəhərdə son 2 həftə içində koronavirus nəticəsində 50 nəfərin öldüyünü iddia edib.

SPACE TV “haberler.com”a istinadən xəbər verir ki, Qum şəhərində koronavirusun 3 həftə əvvəl təsbit edildiyini deyən millət vəkili bildirib ki, rəsmi açıqlama gecikdirilib. 250 nəfərin karantin altında olduğunu deyən Əmirabadi həmçinin bildirib:

“Qumda vəziyyət yaxşı deyil. Virusa yoluxmuş xəstələrə baxan tibb bacıları üçün xüsusi geyim yoxdur. Xəstələrə qorxu ilə yaxınlaşırlar. Bir çox aptekdə maska da yoxdur”.

Qeyd edək ki, İran dövləti virus səbəbindən 12 nəfərin öldüyünü, 40-dan çox şəxsin isə virusa yoluxduğunu açıqlayıb.

Paylaş

 Xəbəriniz olsun