Virtual pul – kriptovalyuta

  • Space TV
  • 20 Noyabr 2019 16:18

Azərbaycan Dövlət İqtisad Universiteti kriptovalyuta buraxmağı planlaşdırır. Bu barədə universitetin rəhbərliyi məlumat verib. Bu ideya reallaşdırılsa, tələbələr təhsil haqqlarını virtual pul vahidi ilə ödəyə biləcəklər. Mütəxxəsislər bunu dünyada bir ilk adlandırırlar. Çünki, hələ ki, heç bir universitetin özünə aid virtual pul vahidi yoxdur. 

İdeya reallaşarsa, atılacaq vacib addımlardan biri bütün tələbələrin virtual valyutadan istifadə ilə bağlı maarifləndirilməsi olacaq. Dünyada müəyyən qədər populyarlıq qazansa da, Azərbaycanda hələ ki, virtual valyuta böyük kütlənin marağını qazana bilməyib. Təbii ki, bu vasitələrdən itsifadə nağdsız hesablaşmaların artırılmasında xüsusi əhəmiyyət daşıyır.

Kriptovalyuta virtual valyutanın bir növü olmaqla bərarbər elektron ödəniş şəbəkəsidir. Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində “kripto” prefiksindən istifadə olunur.

Hər bir kriptovalyuta vahidi ingilis dilində – Coin adlanır və coinlərin emissiyası yalnız qabaqcadan müəyyən olunmuş alqoritm əasasında  məhdud sayda ola bilər. Coinlərin şəbəkədə olmasını, onların uçotunu və hesabatlığının aparılmasını Blokçeyn sistemi təmin edir.

Hazırda dünyada 100-dən çox kriptovalyuta növü mövcuddur və bu faktın olması artıq yaxın gələcəkdə bu vayutalara olan tələbəatın yüksək olacağının göstəricisidir.

Cəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun