İxtisasca Azrbaycan dili və ədəbiyyat müəllimi olan Rauf Məlikov Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş təlimlərdə iştirak edərək Virtual məktəbə qatılan müllimlərdəndir. Bu sistem vastəsi ilə müəllimlər onlayn dərsləri bundan sonra vahid platforma üzərindən həyata keçirə biləcəklər.Arıtıq bir müddətdir ki, dərsləri həyata keçirərcək pedaqoqlar müəyyən kriteriyalar əsasında seçilərək təlimlərə cəlb olunurlar.
Virtual Məktəb layihəsi microsoft tims adlı kompleks proqram vastəsi ilə reallaşdırılır.Adi proqram təminatlarından fərqli olraq Mikrosoft tims vastəsi ilə müəllim istənilən sayda şagirdə eyni vaxtda onlayn dərlər keçə , tapşırıqlar verə bilər.
Virtual Məktəb layihəsi ilə adi dərsin istənilən mərhələsini distans formada yerinə yetirimək mükündür. Lakin bu heç də hər bir şagird üçün əlçatan görünmür.
Virtual məktəb platformasında valideyinlər də qeydiyyatdan keçərək övladlarının təlim nəticələrini izləyə biləcəklər. Bu da şagirldərin dərslərə daha da məsuliyyətli yanaşmasına imkan verəcək. Qeyd edək ki, indiyə kimi 600 min şagir, 50 min müəllim sözügedən platformada qeydiyyatdan keçib.
Təyyar Nəsirli SPACE TV