Vilyam Hacıyevin həbs müddəti uzadıldı

  • Space TV
  • 2 Sentyabr 2020 17:56

Səbail rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Spacetv.az-ın məlumatına görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb. 

Paylaş

 Xəbəriniz olsun