Vilyam Hacıyev məhkəməyə çıxarılır

  • Space TV
  • 1 Sentyabr 2020 14:11

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən İmişli rayon icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev bu gün məhkəməyə çıxarılacaq.

Spacetv.az-ın verdiyi xəbərə görə, mayın 6-da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən V.Hacıyevin həbs müddəti bir neçə gün sonra başa çatır.

Buna görə istintaq onun həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat verib. İşə Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.

Paylaş

 Xəbəriniz olsun