Vilayət Eyvazovdan yeni TƏYİNAT

  • Space TV
  • 1 Mart 2021 12:49

Daxili İşlər orqanlarında yeni kadr dəyişikliyi olub. 

Spacetv.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Balakən rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Vüsal Rüstəmov vəzifəsindən azad edilərək Quba Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Balakən rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinin müvəqqəti icrası isə polis kapitanı Rüstəm Hüseynova həvalə olunub. 

Paylaş

 Xəbəriniz olsun