Vilayət Eyvazov vətəndaşları qəbul edəcək

  • SpaceTV
  • 5 Avqust 2019 12:54

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il avqust ayının 31-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

SPACE.TV-məlumat verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.  Məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Paylaş

 Xəbəriniz olsun