Vilayət Eyvazov tərəfindən vətəndaşların qəbulu olacaq

  • SpaceTV
  • 3 Oktyabr 2019 15:32

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2019-cu il oktyabr ayının 26-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qax, Daşkəsən şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.

Daxili İşlər Nazirliyindən SPACE TV-ə verilən məlumata əsasən, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Verilən digər məlumata görə, Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov tərəfindən 2019-cu il oktyabr ayının 19-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi Tərtər, Ağdam, Şuşa, Laçın, Beylaqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Paylaş

 Xəbəriniz olsun