Vilayət Eyvazov Suraxanının polis rəisini yüksək vəzifəyə təyin etdi

  • Space TV
  • 24 Noyabr 2020 11:54

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Spacetv-nin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilib.

Nazir digər əmri ilə o, DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

Paylaş

 Xəbəriniz olsun