Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi

  • Space TV
  • 28 Yanvar 2021 13:56

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi polis polkovniki Vahid Nuriyev təqaüdə göndərilib.

Spacetv.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, V.Nuriyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat yoxdur.

V.Nuriyev BDYPİ-nin Mərkəzi İnformasiya Sistemini (MMX-radar sistemi) quran, bir sıra qanunvericilik aktlarının yenilənməsinin ideya müəllifi və təşkilatçısıdır.

Paylaş

 Xəbəriniz olsun