Vilayət Eyvazov MMX-ya yeni rəis təyin etdi

  • Space TV
  • 17 Fevral 2021 15:21

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Spacetv.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elçin Xasıyev Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mərkəzi Məlumat Xidmətinin (MMX) rəisi edilib

Qeyd edək ki, bu vəzifənin əvvəlki sahibi polis polkovniki Vahid Nuriyev idi. O, ötən ay xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib.

Paylaş

 Xəbəriniz olsun