Vilayət Eyvazov generalı vəzifəsindən azad etdi

  • SpaceTV
  • 23 Oktyabr 2020 10:44

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.

Spacetv.az-ın əldə etdiyi məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov təqaüdə göndərilib.

Hazırda onun vəzifəsi müavini, polis polkovniki Arzu Məmmədova həvalə edilib.  

Paylaş

 Xəbəriniz olsun