Vilayət Eyvazov DİN-in idarə rəisini təqaüdə göndərdi

  • Space TV
  • 29 Yanvar 2021 15:57

Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev işdən azad edilib.

Spacetv.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Qarayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.

Paylaş

 Xəbəriniz olsun