Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi

  • Space TV
  • 22 Fevral 2021 16:58

Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.

Spacetv.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu nazirliyin Maliyyə-Plan İdarəsi ilə birləşdirilib. Quruma rəhbərlik isə müvəqqəti olaraq polis polkovniki Şəhriyyar Hasilova həvalə edilib.

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru Sadiq Gözəlov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Paylaş

 Xəbəriniz olsun