Vilayət Eyvazov “Bandotdel”ə şöbə rəisi TƏYİN ETDİ

  • Space TV
  • 10 Sentyabr 2020 15:47

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.

Spacetv.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhqiqat şöbəsinin rəisi olan polis polkovnik-leytenantı Rəhman Kərimov tutduğu vəzifədən azad olunub.

Nazirin digər əmri ilə, o, həmin idarənin İstintaq şöbəsinin rəisi təyin olunub. 

Paylaş

 Xəbəriniz olsun