Vikinqlərlə bağlı səhnə üçün qılıncla məşq edərkən qadının boğazını kəsdi

  • Space TV
  • 28 İyul 2020 10:44

Tarixi rekonstruksiyanın məşqi zamanı vikinq geyimində olan qadın ölümcül təhlükəli travma alıb.

Bu barədə “Metro” xəbər yayıb.

Bildirilir ki, hadisə İngiltərənin Kent qraflığında baş verib.

Məlumata görə, tarixi hadisələri səhnələşdirərkən qılıncla məşq edən kişi təsadüfən qadının boğazını kəsib.

Hadisə yerinə təcili yardım helikopteri göndərilib, zərərçəkən Londona çatdırılıb.

Onun həyatını xilas etmək mümkün olub.

Paylaş

 Xəbəriniz olsun