Sentyabrın 27-də Bakıda altıncı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq Sərgi-Yarmarkada iştirakçılar çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.