Musa Mirzəyevin rəqibləri Çexiya güləşçisi Petr Baystron, gürcüstanlı idmançı Zaza Toidze, yarımfinalda isə Macarıstanlı Gyula Pappla olub. Bütün idmançılara tam üstünlüklə qalib gələn güləşçimiz finala yüksəlib.O, deyir ki, yarışda ən çox istədiyi erməni idmançı ilə güləşmək olub.
Təmsilçimizin finalda rəqibi isə İran idmançısı Reza Ələsgəri Təbrizi olub. Lakin bu görüş iranlı idmançının xeyrinə başa çatıb, güləşçimiz gümüş medalla kifayətlənib. Musa Mirzəyev bildirir ki, yarışa yaxşı hazırlaşıb, lakin finala qədər ayağından zədə alıb. Buna görə istədiyi kimi mübarizə apara bilməyib.
Bu, Mirzəyevin iranlı idmançı ilə ilk yarışı deyil. Bir neçə il bundan öncə o həmən güləşçini məğlub edib. Hazırda Musa növbəti yarışa hazırlaşır.
Qeyd edək ki, Musa Mirzəyev beynəlxalq yarışlarda iştirak edərək dəfələrlə birinci yerin sahibi olub. Ölkəmizi 20-yə yaxın ölkədə təmsil edib.
Emin Vaqifoğlu SPACE TV