Vergi məcəlləsinə edilən dəyişikliklər

  • Space TV
  • 23 Aprel 2020 10:15

Vergi məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun bütövlükdə pandemiyadan əziyyət çəkən bir sıra fəaliyyət sahələrinə geniş həcmli təşviqləri təmin edib. Pandemiyadan zərər çəkən sahələrdən ölkə ərazisində sərnişindaşıma fəaliyyətini həyata keçirən subyektlər, mehmanxana, hostel kimi təsərrüfatlar, ictimai iaşə fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərini misal çəkmək olar. Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Samirə Musayeva bildirib ki, qanun layihəsində pandemiyadan bilavasitə zərər çəkən sahələrin əmlak və torpaq vergiləri 2020-ci il üzrə vergidən tam azad edilib.

Verilən dəstək tədbirləri içərisində həm də sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılması ilə bağlı təkliflər də öz əksini tapıb.

Təqdim olunan qanun  layihəsinə əsasən 1 yanvar 2021-ci ildən 2026-cı ilə qədər olan dövr ərzində fərdi qaydada sahibkarlıq fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinin də sosial sığorta yükü aşağı salınıb.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun