Vergi güzəştləri

  • SpaceTV
  • 24 Aprel 2020 16:07

 “Pandemiyadan bilavasitə zərər görən ictimai iaşə sektoru, sərnişindaşıma, sərgilərin, oyunların təşkili fəaliyyəti ilə məşğul olan şəxslər, turizm subyekti olan mehmanxanalar, tur agentliklər və tur operatorları, həmçinin mikrosahibkarlıq subyektləri vergi güzəştlərindən yararlana biləcək”. Güzəştlər əsasən üç istiqamətdə – mənfəət vergisi, əmlak vergisi və sadələşdirilmiş vergi üzrə tətbiq ediləcək.

Sahibkarlar 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediləcək. Mənfəət vergisi ilə bağlı 75 faizlik güzəşt nəzərdə tutulur. Bu güzəştlə yanaşı, sahibkarlıq subyektlərinə ötən ilin nəticələrinə görə hesablanmış mənfəət vergisinin ödənilmə müddətinin sentyabra kimi təxirə salınması, bu il ərzində mənfəət vergisi ödəyicilərinin cari vergilərin ödənilməsi ilə bağlı öhdəliyinin aradan qaldırılması, həmin sahibkarlıq subyektlərinin vergilər, sosial sığorta üzrə bu günə nə borcu varsa, həmin borclar üzrə faizlərin hesablanmasının 1 yanvar 2021-ci ilə qədər dondurulması kimi mühüm təkliflər var.

1 yanvar 2021-ci il tarixə qədər qeyri-muzdlu sahədə çalışan sahibkarlıq subyektlərinin sosial sığorta yükü əhəmiyyətli dərəcədə aşağı salınır. Misal üçün, tikinti sahəsində, ticarət sektorunda sosial sığorta yükü minimum əməkhaqqının 50 faizindən 25 faizə salınır, digər sahələrdə minimum əmək haqqının 25 faizindən 15 faizə salınır.

Cəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun