Venesuela Çinə neft tədarükünü bərpa edib

  • Space TV
  • 27 Noyabr 2020 11:00

Venesuela ABŞ-ın sanksiyaları səbəbindən dolayı yollarla həyata keçirdiyi Çinə birbaşa neft tədarükünü bərpa edib.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Refinitiv Eikon” analitik şirkətinin məlumatlarında və Venesuela dövlət neft-qaz şirkəti olan PDVSA-nın rəsmi sənədlərində deyilir.

Agentliyin məlumatına görə, Venesuela neftinin birbaşa Çinə nəqlini bərpa etdirən ilk tanker avqustun sonlarında Xose limanında 1,8 milyon barel ağır neft yükləyərkən “Tanker Trackers” gəmi izləmə xidməti tərəfindən aşkarlanan “Kyoto” olub.

Qeyd olunub ki, PDVSA-nın müştərilərindən olan Çin Milli Neft-Qaz Korporasiyası və neft-qaz nəhəngi “PetroChina” 2019-cu ilin avqust ayından Venesuela limanlarında xammal yükləməyi dayandırmışdı. Bu, Venesuela şirkətinə qarşı ABŞ məhdudiyyətlərinin genişlənməsindən sonra baş vermişdi.

Paylaş

 Xəbəriniz olsun