Venesiyada su səviyyəsi yenidən yüksəlib

  • SpaceTV
  • 16 Noyabr 2019 11:42

Yağış və fırtınalar nəticəsində ötən həftə Venesiyada dəniz suyunun sıviyyəsi 187 sm-ə çatmışdı və son 53 ilin rekordu qırılmışdı.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, bu gecə şəhərdə su səviyyəsi yenidən yüksələrək 154 sm-ə çatıb. Şəhərdə məktəblər artıq bir neçə gündür ki, tətil elan ediblər. Dəniz suyunun basdığı ev və iş yerlərində kanalizasiya daşması, elektrik xəttlərinin zədələnməsi kimi problemlər yaşanmaqdadır.

İtaliya höküməti isə Venesiya və çevrəsində zərər görən yerlər üçün 20 milyon avroluq bir fond ayırıb. Zərər çəkən şəxslərə təzminat veriləcəyi açıqlanıb.

Paylaş

 Xəbəriniz olsun