Veloyürüş

  • SpaceTV
  • 8 Noyabr 2019 17:16

Salyanda “9 Noyabr Dövlət Bayrağı Günü” münasibəti ilə veloyürüş keçirilib. Dövlət Bayrağı gününü qeyd etmək, sağlam həyat tərzinin təbliğ olunması və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən veloyürüşə Heydər Parkının qarşısından start verilib. Müxtəlif yaş qrupundan olan 250-dən çox yürüş iştirakçısı şəhər mərkəzi ilə hərəkət edərək Salyan dairəsini dövrə vurub və finiş xəttinə çatıblar. Bütün yol boyu velosipedçilri rayon sakinləri böyük coşqu ilə salamlayıblar. Yürüş iştirakçılarını təcili tibbi yardım və yol patrulu xidmətinin əməkdaşları müşayiət ediblər.

TƏYYAR NƏSİRLİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun