Vaqif Mustafayev: “Cənab Ali Baş Komandan əsl milli dirçəliş Sizin adınızla bağlıdır!”

  • Space TV
  • 10 Noyabr 2020 17:47

Çox hörmətli Cənab Prezident!

Ədalət həmişə mübahisəli olub, qəribliyə salınıb. Güc isə şəksiz olaraq qəbul olunub. Son əsrlər tarixi torpaqlarını ardıcıl şəkildə itirən Azərbaycanın ədaləti gücsüz olub. Azərbaycana qarşı olan güc isə – ədalətsiz!

Siz, qüdrətli Müzəffər Ali Baş Komandanımız nağıllardakı kimi, əfsanəvi qəhrəman təki ədaləti güclü etdiniz, bizi qələbəyə apardınız və Azərbaycan düşmənə qalib gəldi! “Qarabağ Azərbaycandır!”- deyib, buna mərdcəsinə nail oldunuz! Milli mənliyimizi qaytardınız!

Cənab Ali Baş Komandan əsl milli dirçəliş Sizin adınızla bağlıdır!

Fəxr edirəm ki, bu şanlı dövrdə yaşayıram və Sizin müasirinizəm!

Hörmətlə,

Mustafayev Vaqif, Xalq artisti, kinorejissor

Azərbaycan Respublikası, Bakı şəhəri.  

Paylaş

 Xəbəriniz olsun