Vannaya düşən mobil telefon gənc qızın həyatına son qoydu

  • SpaceTV
  • 13 Fevral 2020 11:57

Fransanın Marsel şəhərində bədbəxt hadisə baş verib.

“Daily Mail” xəbər verir ki, mobil telefonu ilə hamamda çimmək istəyən 15 yaşlı qız həyatını itirib.

Gənc fransalı telefonu elektrik şəbəkəsinə qoşaraq vannaya uzanıb.

Lakin, gözlənilmədən yüklənmədə olan cihaz suyun içinə düşüb.

Nəticədə qız güclü cərəyan zərbəsi alıb.

Qız xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Paylaş

 Xəbəriniz olsun