Van Qoqun cızmaqarası 10.4 milyon dollara satılıb – FOTO

  • Space TV
  • 3 Mart 2021 10:18

Tanınmış niderlandlı rəssam Vinsent Van Qoqun “Gənc yapon xanımı” əsərinin cızmaqarası 10.436.000 dollara (təxminən 18 milyon manat) satılıb.

“İzvestiya” nəşrinin məlumatına görə, bu barədə “Christie’s” hərracının “Twitter” səhifəsində məlumat verilib.

Məlumata əsasən, rəsm əsərinin ilkin eskizinin satıldığı hərrac Nyu-Yorkda baş tutub.

Qeyd edək ki, rəssam bu cızmaqaranı 1888-ci ildə Fransanın Arl şəhərində çəkib.

Əsərin yeni sahibinin adı açıqlanmır.

Paylaş

 Xəbəriniz olsun