Van Deyki zədələdiyi üçün təhdid olunan qapıçı özünə cangüdən tutdu

  • SpaceTV
  • 28 Oktyabr 2020 11:10

İngiltərə Premyer Liqasının V turunda keçirilmiş Mersisayd derbisində “Liverpul”un müdafiəçisi Vircil van Deyki zədələyən “Everton” klubunun oyunçusu Cordan Pikford rəqib azarkeşlər tərəfindən təhdid olunur.

Spacetv.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı qapıçı bu səbəbdən özü və ailəsi üçün cangüdən tutub. Qolkiper təhlükəsizliklərini təmin etmək üçün bu addımı atıb.

Qeyd edək ki, “Everton” – “Liverpul” görüşü 2:2 hesabı ilə başa çatıb. Matçın 11-ci dəqiqəsində Pikfordla toqquşmadan sonra zədələnən van Deyk meydanı tərk emək məcburiyyətində qalıb. Epizoddan öncə oyundan kənar vəziyyət qeydə alındığı üçün baş hakim qapıçını cəzalandırmayıb.

Paylaş

 Xəbəriniz olsun