Valeri Kolyux: Ukrayna Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam dəstəkləyir

  • Space TV
  • 29 Sentyabr 2020 16:53

Ukrayna Dağlıq Qarabağda vəziyyəti diqqətlə izləyir və münaqişənin növbəti dəfə genişlənməsinə görə dərin narahatlıq keçirir. Biz Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tam dəstəkləyirik və hadisələrin güc tətbiq etmə ssenarisi üzrə inkişafının qəti əleyhinəyik.

Spacetv.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq qrupunun həmsədri Valeri Kolyux bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, müharibə hər bir insan üçün müsibətdir.

Valeri Kolyux bu münaqişədə öz doğmalarını, yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığı verərək deyib: “Vəziyyətin kəskinləşdiyi şəraitdə münaqişə tərəfləri Cenevrə konvensiyalarına əməl etməli, mülki əhali üçün hər hansı təhdidləri istisna etməli, zərərçəkənlərin sayını minimuma endirməlidirlər”.

Paylaş

 Xəbəriniz olsun