“50 yaşdan yuxarı müəllimlərin könüllü vaksinasiyasının pandemiya ilə mübarizədə həyatımızı asanlaşdıracağını düşünürəm”.
Spacetv.az-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi vaksinasiya olunacaq müəllimlərin siyahısını hazırlayıb:
“Bakı şəhəri üzrə 16 698, bölgələr üzrə 32 600-dən çox müəllimin vaksinasiyası gözlənilir”.