Vəzifəli şəxs intihar edib

  • Space TV
  • 25 Dekabr 2019 15:36

Gecə saatlarında Rəvan Nəsibov həyatına damarlarını kəsərək son qoyub.

Bu dəhşətli hadisə qədər təsiredici digər məqam isə canına qəsd edən şəxsin bu il noyabrın 30-da ailə həyatı qurmuş olmasıdır. Araşdırmalarımız nəticəsində o da məlum oldu ki, 33 yaşlı Rəvan Nəsibov bir ay olardı ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsində çalışırdı. Mərhum 4-cü şöbənin rəisi idi. O, ailəsi ilə birgə Gədəbəy rayonunda qeydiyyatda olsa da, Bakıda yaşayıb. İşi ilə əlaqədar bir müddətdir ki, Masallıda kirayə qalırmış. Rayonda yaşanan bədbəxt hadisənin isə hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Mərhumun meyiti kirayə qaldığı evdən götürülərək daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun