Vətənpərvər udilər Vətənimizin tezliklə işğalçılardan azad olunacağına əmindirlər – VİDEO

  • SpaceTV
  • 20 Oktyabr 2020 14:17

Azərbaycanın etnik  xəritəsində özünəməxsus yerləri olan udilər Qəbələ rayonunun Nic kəndində məskunlaşıblar. Space TV xəbər verir ki, onlar bizim torpaqlarda bizlərlə bərabər mehriban həyat sürürlər. Uzun illərdən bəri mövcud olan bu xalq maraqlı həyat tərzi və adət-ənənələri ilə diqqət çəkir.

Udilər Alban tayfaları arasında xristian dininin bu günədək qalmaqda olan yeganə varisləri sayılır. Ölkəmizdə yaşayan digər azsaylı xalqlar kimi udilərin də özlərinə məxsus adət-ənənələri var. Hər həftə onlar kilsəyə yığışaraq torpaqlarımızın erməni işğalından azad olunması üçün dualar edirlər.

Paylaş

 Xəbəriniz olsun