Vətəndaşları narazı salan taksi şirkətləri

  • SpaceTV
  • 30 Sentyabr 2019 16:41

Bəzən belə də olur ki, vətəndaş taksi şirkətinə zəng vurub taksi çağırır, hətta əvvəlcədən gedəcəyi ünvanın qiymətidə deyilir   sərnişinə, ancaq mənzil başına çatanda ona əlavə də pul ödəyəcəyini bildirir sürücü. Fərqli qiymət, kobud rəftar hətta artıq pul almaqdan ötrü uzadılan məsafə.

Əksər taksi şirkətləri operator xidmətləri ilə fəaliyyət göstərirlər. Sırf   özlərinə aid  bir nəqliyyat vasitələri belə yoxdur. Elə daha çox da vətəndaşların haqlı narazılığına səbəb olan bu taksi şirkətlərinin fəaliyyətləridir.

Bəzi taksi şirkətləridə var ki, öz avtomobilləri ilə sərnişinlərə xidmət göstərirlər. Paytaxtda günü- gündən çoxalan taksi şirkətlərinin elə devizi də sağlam rəqabət və müştəri məmnunluğudur. Ancaq bunu bütün taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə aid etmək olmur. Çünki tez – tez taksi xidmətlərindən istifadə edən sərnişinlər narazılığı belə düşünməyə əsas verir.

Ekspert Ərşad Hüseynov deyir ki, taksi şirkətləri işçiləri işə  qəbul edərkən taksi sürücüsünə aid bütün tələblərin uyğun olduğunu yoxlamalı və bundan sonra onların  fəaliyyəti dövründə  bu  tələblərə nəzarət olunmalıdır. Həmçinin  taksi şirkətləri qanunvericiliyə uyğun olaraq  işəgötürdükləri sürücülər üçün ən başlıca tələbi onların xüsusi təlimdən keçməsi, fərqlənmə nişanının olması, psixonevroloji və narkoloji dispanserdən keçib – keçməməsini yoxlamalıdır.

Qanunvericiliyə uyğun olaraq taksi fəaliyyəti göstərən şirkətlər peşə təlimi keçmiş sürücüləri işə qəbul etməlidir. O, cümlədən bu şirkətlərə nəzarət mexanizmi gücləndirilmədir ki, şirkət rəhbərləri sərnişinlərə  yüksək səviyyədə xidmət etməklə sağlam rəqabətə üstünlük versinlər.

Rəşad Vəkiloğlu Space

Paylaş

 Xəbəriniz olsun