Vətəndaşlar tikinti şirkəti ilə niyə razılığa gələ bilmir? – VİDEO

  • SpaceTV
  • 6 Avqust 2020 13:14

80 yaşlı Sayad Bilalova illərdir ki, hazırda yaşadığı həyətdən köçəcəyi günü gözləyir. Space TV-ə danışan Sayad bilalova deyir ki, qorxuram nəinki bu həyətdən köçmək nəsibim ola, bəlkə də həyatdan elə bu ünvanda köçdüm. Onun bu ümidsizliyinə səbəb yaşadığı ərazidə yaşayış kompleksi inşa edilsə də onların hələ də bu söküntülər arasında qalmasıdır. Düzdür, burada yerləşən evlərin əksər hissəsi ərazidən köçürülüb. Amma 10-a yaxın ailə hələ də öz evində yaşayır. Ərazidə nə inşaatın toz-torpağından dayanmaq mümkündü, nə də səs-küyündən.

İnşaat işlərinin aparıldığı ünvanda yaşamağa məcbur olanlardan biri də Fərəməz İsmayılovun ailəsidir. O, müxtəlif səbəblər irəli sürsə də inşaat şirkətindən vətəndaşın istifadəyə veriləcək evdən dəfələrlə geniş mənzil tələb etdiyini deyirlər.

Vətəndaşla Mənzil Tikinti Korperativinin bir-birini anlamaması səbəbindən inşaat illərlə uzanır. Nəticədə digər sakinlər də uzun müddət kirayə evlərdə yaşamağa məcbur olurlar. Paytaxtda tikintisi davam etdirilən əksər pilot layihələrdə bu kimi anlaşılmazlıqlara rast gəlinir ki, nəticə olaraq insanlar illərlə daş-kəsəyin içində yaşamağa məcbur olurlar. Problemin məhkəmə səviyyəsində həlli isə, həm vaxt, həm də maliyyə itkisinə səbəb olur.

Paylaş

 Xəbəriniz olsun