Vətəndaşlar icbari tibbi sıgorta olunacaq

  • SpaceTV
  • 10 Dekabr 2019 16:48

Növbəti ilin ilk günlərindən etibarən əhalinin icbari tibbi sığortası həyata keçiriləcək. Bu proses ölkə başçısının sərəncamına əsasən, bütün ölkəni əhatə edəcək. Artıq bir neçə ay öncədən rayon mərkəzi xəstəxanalarında yeni sistemə keçid üçün hazırlıq mərhələsi gedir. 2020-ci ilin yanvarın ayının 1-dən artıq yeni sistem bütün ölkə üzrə tətbiq edilməlidir. Bunun üçün xəstəxanalarda təcili-tibbi yardım stansiyaları, qadın məsləhətxanaları, müxtəlif rəngli zolaqlar, laboratoriyalar və bir sıra şöbələr hazır vəziyyətə gətirilib.

Prosesin daha  çevik həyata keçirilməsi üçün qeydiyyat şöbələri də müəyyən edilib və artıq vətəndaşların qeydiyyatı həyata keçirilir.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun