Vətəndaşın evi kimlər tərəfindən zəbt edilib? – VİDEO

  • Space TV
  • 26 Avqust 2020 11:54

Sabirabad sakini Təyyar Nuriyev 2005-ci ildə Suraxanı rayonu Bülbülə qəsəbəsində 23 min dollara aldığı  evinin kandarına belə yaxın düşə bilmir.

Space TV-nin məlumatına görə, şikayətçi deyir, evdə 1 il yaşadıqdan sonra səhhətində yaranan problemə görə Rusiyaya müalicəyə gedib. Ancaq geri qayıdanda evinin hasarları dağıdılaraq  yerində  park  salındığını görüb.  Mənzilin giriş qapısı dəyişdirildiyi üçün evinə belə daxil ola bilməyib. Qonşular tərəfindən baş verənləri öyrənən Təyyar Niriyev bu barədə hüquq mühafizə orqanlarına və Suraxanı rayon İcra Hakimiyyətinə yazılı formada ərizə ilə müraciət edib.

Şəxsi mülkünə artıq 10 ildən çoxdur ki, yaxın dura bilməyən zərəçəkmiş Suraxanı rayon İcra Hakimiyyətinə dəfələrlə etdiyi müraciətlərin  cavabsız qaldığını görüb  məhkəməyə üz tutub

Təyyar Nuriyevə evi satan  İlham  Ələkbərovun nədən satdığı mənzili sonradan zəbt etməsini aydınlıq gətirmək   üçün  İlham  Ələkbərovun yaşadığı ünvana yollandıq.

İllərdir evinə həsrət qalan və etdiyi şikayətlər bu vaxta kimi  aidiyyatı qurumlar tərəfindən cavabsız qalan vətəndaşın problemi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinin məsul şəxslərinə müraciət etdik. İcra hakimiyyətinin əməkdaşı Fuad Quliyev öncə şikayətin ümumi şöbənin əməkdaşları tərəfindən araşdırılacağını və günün sonuna kimi açıqlama veriləcəyini desə də təəssüf ki, qurum rəsimisi günün sonuna kimi etdiyimiz telefon zənglərinə cavab vermədi.

Paylaş

 Xəbəriniz olsun