Vətən sizi unutmur

  • Space TV
  • 21 Dekabr 2019 17:34

Space-in prezidenti, görkəmli rejissor Vaqif Mustafayevin  yeni layihəsi olan “Dərdim Nurludur” sənədli filminin ilk qəhrəmanı , şəhid Mahir Quliyevin bu gün doğum günüdür.

Əslən Şərur rayonunun Qorçulu kəndindən olan Mahir Quliyev 1993-cü ilin 21 dekabr günündə Bakı şəhərində anadan olub.

2015-ci ildə Azərbaycan Texniki Universitetini bitirib. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər Mahir Quliyevölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.   

Space televiziyasında yayımlanan “Dərdim Nurludur” sənədli filmindən də söz düşür. Atası bu barədə də fikirlərini bizimlə bölüşür.

Mahirin ata nənəsi də nəvəsi haqda son xatirələrini kövrək notlarla xatırlayır.

Qeyd edək ki, Mahir Qadir Oğlu Quliyev 11 ayın əsgəri olub. O düşmənlə döyüşdə onların bir tankını məhv edib. İki yaralı yoldaşını xilas edib. Ayağından yaralı ola-ola döyüşü davcam etdirib və qəhrəmancasına şəhid olub. Allah rəhmət eyləsin.

Pərvin İsmayılova SPACE TV

Paylaş

 Xəbəriniz olsun