Vətən şəhidlərini unutmur – VİDEO

  • Space TV
  • 13 Avqust 2020 15:23

Bu ilin iyul ayında Tovuz döyüşlərində  qəhrəmancasına  şəhid olan hərbçilərimizdən biri də  Elcin Arif oğlu Müstafazadədir.  Şəhidlik  zirvəsinə ucalanda o hələ  28  yaşını  tamam etməmişdi.  Space TV-nin xəbərinə görə, 12  iyul  tarixində   Tovuz  rayonunun  Ağdam kəndi  istiqamətində  düşmən ordusunun   sərhəd  pozma  cəhdlərinin qarşısını  alarkən  Elçin Mustafazadə  düşmənin  bir  necə   hədəfini sıradan  cıxarıb.

Çox kecmir ki,  şəhid  xəbəri  bütün rayona yayılır. Hər kəs şəhidini  qarşılamağa  hazırlaşır. Bu arada ata  Arif  Mustafayev  işləmək ücün  Rusiyada olduğundan övladının şəhid  xəbərini  oradan alır.

Elcin bu il yanvarın 18-də nişanlanmışdı.  Anası  deyir, şəhid olduğu  ayda da  toy planları  vardı.  Hətta 16 iyul tarixində  qız,   19-da  isə   oğlan  toyu  olacaqmış . Bütün toya  hazırlıqlar da  elə əvvəlcədən  həll edilibmiş. Bəy otağını da elə Elçin özü təmir  edib hazır  vəziyyətə  gətirmişdi.  Amma  məlum  pandemiya bəlasının qəfil  gəlişi  onların  toy mərasiminin  payıza  qədər uzanmasına səbəb olub. Elçinin yoxluğu ilə ailəs ilə yanaşı  nişanlısı  da barışa  bilmir .

Qeyd edək  ki,  Ağstafa rayonu düşmənlə mübarizədə 167  şəhid  verib.

Vasif Vaqifoğlu, Rəşad Əliskəndərov, Space TV

https://www.youtube.com/watch?v=uKSaA6lLvWs
Paylaş

 Xəbəriniz olsun