Vətən müharibəsinin Zəfər Bayrağı paradda nümayiş etdirilib

  • Space TV
  • 10 Dekabr 2020 14:55

Azadlıq meydanında Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsinə həsr olunan Zəfər paradı davam edir.

Spacetv.az xəbər verir ki, Silahlı Qüvvələrin parad heyətlərinin təntənəli marşına “Zəfər” ordenli, general leytenant Kərim Vəliyev başçılıq edib.

Paradı birləşmiş hərbi orkestr müşaiyət edir. Hərbi dirijor əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadədir.

Silahlı Qüvvələrin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər Bayrağı altında Azadlıq meydanında tribunaya doğru irəliləyib.

Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan ordusunun qoşun növlərinin bayraqları tribunaya yaxınlaşıb.

Vətən müharibəsində böyük qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqları tribuna önündən keçib. Döyüş bayraqları Vətən müharibəsi qəhrəmanı general-mayor Zaur Məmmədov başçılıq edib.

Paylaş

 Xəbəriniz olsun