Vətən müharibəsinin daha bir şəhidi Salyanda torpağa tapşırıldı – FOTO

  • Space TV
  • 9 Dekabr 2020 14:13

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçisi, 1992-ci il təvəllüdlü Emin Zahir oğlu Nəzərovla dəfn mərasimi keçirilib.

Spacetv.az xəbər verir ki, onun üçrəngli bayrağa bükülmüş nəşi doğulduğu İkinci Varlı kəndinə gətirilib. Vida mərasimindən sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, E.Nəzərov müddətdən artıq xidmət edən hərbi qulluqçu idi və özündən sonra iki övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Paylaş

 Xəbəriniz olsun