Vətən müharibəsində tarix yazan şəhidimiz – FOTO

  • Space TV
  • 25 Yanvar 2021 14:06

Vətən müharibəsində tarix yazan şəhidlərdən biri də Cabbarov Akif Elxan oğludur.

Spacetv.az AZƏRTAC-a istinadən xəbər verir ki, A.Cabbarov 1997-ci il sentyabrın 20-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014-cü ildə Sumqayıt şəhərinə köçüb. 

Akif uşaq vaxtından zəhmətə qatılıb, Sumqayıtda fəhləlik edərək anasına yardımçı olub. 2016-cı ildə əsgərliyə çağırılıb və elə həmin il anası Ayşanı itirib. Qəhrəmanımızın yaşadığı həyat heç də asan olmayıb, lakin hər bir igid oğul kimi qəlbi vətən eşqi ilə döyünüb.

General Polad Həşimovun ölümü onu çox sarsıdıb. Avqust ayında Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayır. Akif də vətən borcunu ödəmək üçün döyüşə qatılır.

Onun dostları Sumqayıtdakı “İnşaatçılar” yaşayış massivində evinin yanında xatirə bulağı yaradıblar.

Akif Cabbarov oktyabrın 25-də Füzulinin Alıxanlı kəndində həlak olub. O, Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub. “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

Paylaş

 Xəbəriniz olsun