Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı

  • Space TV
  • 15 Dekabr 2020 12:17

“Müdafiə Nazirliyinin Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəhid olmuş 2 783 nəfər hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildirir ki, dekabrın 15-dək 2 756 şəhidimiz dəfn edilib”.

Müdafiə Nazirliyindən Spacetv.az-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, nazirlikdən bildirilib.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

Paylaş

 Xəbəriniz olsun