Vətən müharibəsində itkin hesab edilən daha bir əsgərimizin nəşi tapıldı – FOTO

  • Space TV
  • 14 Yanvar 2021 10:55

Vətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid xəbəri gəlib. 

Spacetv.az xəbər verir ki, bu barədə Oxu.Az-a əsgərin qardaşı Cavad Bayramov məlumat verib.

O bildirib ki, ötən gün qardaşı Cəlal Bayramovun şəhid olduğu ilə bağlı xəbər alıblar:

“Hazırda Füzulidəyik. Qardaşımın şəhid olduğu xəbəri gəldi. Bu gün Saatlı rayonu Çoplu kəndində torpağa tapşırılacaq”.https://www.youtube.com/embed/FmYTRu47VQk

Paylaş

 Xəbəriniz olsun