Vətən müharibəsində ağır yaralanan hərbçimiz şəhid oldu

  • Space TV
  • 29 Yanvar 2021 17:53

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid olub.

Spacetv.az xəbərinə görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.

O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.

Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.

Allah rəhmət eləsin!

Paylaş

 Xəbəriniz olsun