Vətənə qovuşmanın möhtəşəmliyi – VİDEO

  • SpaceTV
  • 23 Oktyabr 2020 15:03

27  il ötdü o həsrətdən, o iztirabdan. Füzuli rayonunun sakini Nizami Abdullayev də hər bir məcburi köçkün kimi böyük ağrı-acı ilə yaşadı o günləri, o illəri.  Space TV xəbər verir ki, indi Nizami Abdullayev atası, Qarabağın məşhur muğam ustası Ağabala Abdullayevin ona yadigar qoyub getdiyi ata-baba mülkünə qovuşacağı günü səbirsizliklə gözləyir.

Bir nəvəsi ön cəbhədədir. Evində böyüdüb-boya başa çatdırdığı uşaqları da vətənpərvər ruhdadır Nizami müəllimin…

Ürəyində Vətən həsrəti gəzdirən müsahibimiz indi Qarabağa getmək üçün hazırlaşır. Bir ovuc torpağından öpüb, bir qurtum suyundan içsəm, elə bilərəm atamın ruhu şaddır. Ata yurdum, Ata ocağım gözləyir məni  deyir…

Paylaş

 Xəbəriniz olsun