Vətənə borcunu qanı ilə ödəyən daha bir şəhidimizi tanıyın

  • Space TV
  • 9 Dekabr 2020 12:44

Vətən müharibəsində hərbi səfərbərliyə cəlb olunan əsgərlərimizdən biri də Alı Həsənlidir.

Spacetv.az xəbər verir ki, bu barədə SOCAR rəsmi “Facebook” səhifəsində məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Geofizika Mühəndisliyi ixtisası üzrə təhsil almış Alı Həsənli dörd il idi ki, SOCAR-ın Təhlükəsizlik İdarəsində çalışırdı.

Azərbaycanın ərazi bütövlüyü uğrunda Vətən müharibəsi başlayanda ailənin tək oğul övladı cəbhəyə yollanıb. O, oktyabrın 21-də Cəbrayıl rayonu ərazisində şiddətli döyüşlərin birində düşmənin mövqelərimizə atdığı minamyot mərmisinin partlaması nəticəsində ağır yaralanaraq şəhid olub.

Allah rəhmət eləsin!

Paylaş

 Xəbəriniz olsun